Gömrük qanunvericiliyinin pozulması üzrə 204 fakt qeydə alınıb
2014-cü ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən 5244 inzibati qanun pozuntusu aşkar edilib. SİA bu barədə DGK-nın hesabatına istinadən xəbər verir. Hesabata görə, bu rəqəm ötən ilin eyni dövründə 6904-ə bərabər olub. Onlardan 124-ü qanunsuz keçirməyə cəhd, 137-si əşya, mal və ya pul vəsaitlərinin gizli keçirilməsi, 4340-ı isə sənədlərin təqdim edilməməsi ilə bağlıdır.
Həmçinin hesabat dövrü ərzində gömrük qanunvericiliyinin pozulması üzrə cinayət xarakterli 204 fakt (2013-cü ilin yanvar-iyulunda 192 fakt) qeydə alınıb. Məlumata görə, 142 fakt qaçaqmalçılıqla, 95-i isə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı olub.
Hesabat dövründə təqribən 69,96 kiloqram narkotik vasitə, 69,18 qram psixotrop maddə ələ keçirilib. Həmçinin 1 ədəd aksiz markaları olmadan malların idxalı faktı qeydə alınıb.
Bu faktlar üzrə yanvar-iyul aylarında şübhəli şəxs qismində 240 nəfər saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB