Metroda vahid kart-ödəniş sisteminin tətbiqi təkmilləşdirilir

Metroda vahid kart-ödəniş sisteminin tətbiqi təkmilləşdirilir

"İctimai nəqliyyatda vahid kart-ödəniş sisteminin metroda tətbiqi ilə bağlı iş aparılır. "Bakı Metropoliteni" QSC bununla əlaqədar Nəqliyyat Nazirliyi və digər müvafiq qurumlarla sıx əməkdaşlıq edir". SİA-nın xəbərinə görə, bunu qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, metropolitendə mövcud kart-yükləmə aparatları daha müasir və etibarlı qurğularla əvəzlənəcək: "Eyni zamanda sərnişinlərə xidmət sisteminin tam yeniləşdirilməsi planlaşdırılır. Kart-yükləmə aparatlarının müasirləşdirilməsi də bura daxildir".

Bütün xəbərlər Facebook səhifəmizdə