ARDNŞ “STAR”dakı payını satması məsələnə aydınlıq gətirdi

ARDNŞ “STAR”dakı payını satması məsələnə aydınlıq gətirdi

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Türkiyədə sahib olduğu "STAR" Media Qrupundakı payını satması məsələsinə aydınlıq gətirib. SİA-nın xəbərinə görə, məsələ ilə bağlı açıqlama verən qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nizaməddin Quliyev vurğulayıb ki, ARDNŞ beynəlxalq biznes şirkətidir və iqtisadi səmərəliliyindən asılı olaraq, təmsil etdiyi qurum müxtəlif aktivlər alır və iqtisadi cəhətdən sərfəli olduğu halda satır.

Onun sözlərinə görə, bu, aktivlərin bazar qiymətinin dəyişkən olması və iqtisadi səmərəliliyi ilə əlaqədar məsələdir.

Qeyd edək ki, ARDNŞ Türkiyədə sahib olduğu "Star" Media Qrupundakı payının 50%-ni satır. Bu barədə jurnalistlərə açıqlamasında ARDNŞ-in Türkiyədəki törəmə şirkəti olan "SOCAR Turkey Enerji" şirkətinin rəhbəri Kənan Yavuz məlumat verib. Onun sözlərinə görə, artıq bu media qrupuna sahib olmaq istəyən "Rixos" otellər şəbəkəsinin sahibi Fettah Tamince ilə danışıqlar aparılır: "Danışıqlar nəticə verəcəyi halda, bu razılaşma əldə olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə