"Elektron hökumət" portalında yeni xidmət növləri və funksiyalar yaradılır. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən SİA-ya verilən məlumata görə, hazırda qurumun Məlumat Hesablama Mərkəzi portalda rəsmi yazışmalar, dövlət qurumlarının vəzifəli şəxslərinin qəbuluna onlayn yazılmaq, şikayət və ərizələrin göndərilməsi və izlənilməsi, şəxsi kabinet kimi və s. yeni xidmət növləri və funksiyalar yaratmağı nəzərdə tutur.
Qeyd edək ki, görülən işlər və dövlət qurumlarının informasiya ehtiyatlarının portala inteqrasiyası başa çatdıqdan sonra göstərilən e-xidmətlərin elektronlaşma səviyyəsi, çeşidi və keyfiyyəti daha da yüksələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB