Bu ilin iyul ayında Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 135 255,44 min manat həcmində vəsait daxil olub. Bu isə ötən ilin eyni dövrünün analoji göstəricisinə nisbətən 8,9% çoxdur. DGK-dən SİA-ya verilən məlumata görə, bunun 50 007,63 min manatı gömrük rüsumları, 78 775,3 min manatı ƏDV, 5028,4 min manatı aksizlər, 1 444,11 min manatı yol vergisinin payına düşüb.
Ötən ilin iyul ayının dövrü ilə müqayisədə ölkədə gömrük rüsumlarının yığımı 80,2% artıb, aksizlər üzrə 57,6%, yol vergisi üzrə yığımlar 19,7%, ƏDV yığımları üzrə isə 4,7% azalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB