Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) elektron imzanın tətbiq sahələrinin genişləndirilməsi, e-imzadan istifadənin sadələşdirilməsi, eləcə də informasiya emalı işinin sürətləndirilməsi istiqamətində işləri uğurla davam etdirir. SİA-nın xəbərinə görə, artıq istənilən vətəndaş "e-imza.az" saytına daxil olaraq, internet üzərindən elektron ərizə formasındakı suallara cavab verməklə və onlayn qaydada ödəniş etməklə, elektron imza kartı sifariş edə bilər. Bundan başqa sənədin veb üzərindən onlayn imzalanması servisinin beta versiyası üzərində iş yekunlaşmaqdadır. Sahə mütəxəssisləri həmçinin, informasiyanın emalı və ötürülməsinin sadələşdirilməsi üzərində də işləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB