Ağsu rayonunda bostan-tərəvəz məhsullarının və meyvələrin qiyməti son bir həftədə 10-12 faiz ucuzlaşıb. Rayon statistika idarəsindən bildiriblər ki, cari ilin məhsulu üçün rayonda 519,5 hektarda bostan, 546,2 hektarda tərəvəz məhsulları yetişdirilib. Ağsuda az əkilən bir sıra məhsullar, o cümlədən yemiş, qarpız, kartof qonşu rayonlardan, habelə Azərbaycanın digər bölgələrindən gətirilir. Bu rayonda yetişdirilən bəzi məhsullar isə digər bölgələrə aparılır.
Ümumiyyətlə, son həftələrdə bostan-tərəvəzin və meyvənin satış qiymətlərini mütəmadi olaraq aşağı düşür. Bu, ilk növbədə məhsul bolluğu ilə əlaqədardır.
Hazırda Ağsunun bazarlarında və digər ticarət nöqtələrində qarpızın hər kiloqramı 5-7 qəpiyə, pomidor 30 qəpiyə, badımcan 20 qəpiyə, gavalı 20 qəpiyə, alma 30 qəpiyə satılır. Bütün bunlar rayon əhalisinin alıcılıq qabiliyyətinin yüksəlməsinə müsbət təsir göstərir.
Mütəxəssislər cari ildə üzüm, nar, heyva, xurma məhsullarının da bol olacağını, nəticədə bu meyvələrin də satışa ucuz qiymətlərlə çıxarılacağını söyləyirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB