Sərnişindaşıma tarifləri bahalaşıb

Sərnişindaşıma tarifləri bahalaşıb

Bu ilin iyul ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,6 faiz, sərnişindaşıma tarifləri isə 2,3 faiz bahalaşıb. SİA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 8,2 faiz, digər xarici ölkələr üzrə isə 13,8 faiz bahalaşma müşahidə olunub.

İyul ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi isə 1,5 faiz bahalaşıb. Eyni zamanda MDB ölkələrinə dəmir yolu nəqliyyatında sərnişindaşıma tarifləri 0,1 faiz bahalaşıb.

Ay ərzində avtomobil və dəniz nəqliyyatında yükdaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə