Ötən ay BTC kəməri ilə 2,5 milyon ton Azərbaycan nefti nəql edilib
İyul ayında Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 544 min 60 ton Azərbaycan nefti nəql olunub. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, yanvar-iyul aylarında bu kəmərlə 17 milyon 87 min 200 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən cari il avqust ayının 1-dək BTC-yə 252 milyon 228 min 793 ton neft vurulub.
Keçən ay BTC kəməri ilə 418 min 773 ton Türkmənistan və Qazaxıstan nefti də nəql edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB