Bu rayonlarda qaz olmayacaq

Bu gün saat 13:00-dək Sabunçu və Nərimanov, saat 14:00-dək Abşeron, saat 18:00-dək İmişli, saat 19:00-dək Sabirabad, işlər başa çatanadək isə Ağdaş rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

"Azəriqaz" İstehsalat Birliyindən SİA-ya verilən məlumata görə, fasilə qaz nəqli sistemində və qaz şəbəkəsində təmir işlərinin aparılması, qaz xəttinin mənbəyə birləşdirilməsi, siyirtmənin quraşdırılması və kranların dəyişdirilməsi ilə əlaqədardır.

Bütün xəbərlər Facebook səhifəmizdə