Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. BFB-dan SİA-ya verilən məlumata görə, hərrac zamanı şifarişlər 1 birja üzvü tərəfindən təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 2 mln. manat təşkil edib.

Sifarişlər 100.00% qiymətlə təqdim edilib.

İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 2 mln. manat məbləğində müəyyən edilib.

İstiqrazlar üzrə faiz gəlirliyi 4.25% təşkil edir. İstiqrazların ödəmə tarixi 21 iyul 2017-ci ildir.

Bütün xəbərlər Facebook səhifəmizdə