130 kiloqramdan çox ərzaq malları satışdan çıxarılaraq məhv edilib

130 kiloqramdan çox ərzaq malları satışdan çıxarılaraq məhv edilib

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, monitorinqlər zamanı Sabunçu, Qaradağ, Binəqədi rayonlarında, eləcə də Sumqayıt, Göyçay, Saatlı, Qusar, Quba, Balakən, Şəki və Ağdamda mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb. Ümumilikdə, 130 kiloqramdan çox saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə