Bu ilin birinci yarısında daşınan nömrələrin sayı təxminən 6000-ə qədər olub. Daşınmanın daha da effektivliyinin artırılması məqsədilə mobil operatorlarla birgə işlər davam etdirilir. Bu barədə SİA-ya Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib.
Qeyd edilən dövrdə mobil cihaz qeydiyyat sisteminin fəaliyyəti davam etdirilib və 13 977,8 min ədəd cihaz qeydiyyata alınıb. İtirilmiş telefon cihazlarına 2 568 ədəd məhdudiyyət tətbiq olunub və onlardan 488-i aradan qaldırılıb.
Bununla yanaşı, "Elektron hökumət" portalı üzərindən mobil cihazların qeydiyyata alınması təmin edilib və hazırda mobil cihazların qeydiyyatının elektron formada təşkil edilməsi ilə bağlı müvafiq işlər aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB