"Ovik Abramyanın rəhbərlik etdiyi Ermənistan hökuməti müvəffəqiyyətsizliyə məhkumdur, problem Ermənistanda yürüdülən iqtisadi siyasətin özündədir". SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Ermənistan Milli Konqresinin üzvü, İrəvanın keçmiş meri Vaaqn Xaçaturyan hökumətin 200 gününü şərh edərkən deyib.
"Bizim üçün hökumətə kimin rəhbərlik etməsinin heç bir fərqi yoxdur. Xüsusən də iqtisadiyyata, sistemə, məsələlərin həllinə yanaşma dəyişməlidir. Biz elə bir ölkədə yaşamaq istəyirik ki, orada rəqabət olsun, rüşvətxorluq, korrupsiya yox. İqtisadi və siyasi azadlığın olmadığı, insan haqlarının bərbad olduğu ölkənin vətəndaşı olmağı əksəriyyət arzu etmir. Ermənistan hakimiyyəti bu barədə dərindən düşünməlidirlər", deyə V.Xaçaturyan bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB