Bilgəh-Novxanı-Şamaxı istiqamətindəki yolda tikinti işləri intensivləşib FOTO

"Bilgəh-Novxanı-Şamaxı istiqamətində inşa olunan yeni yolda tikinti işləri intensivləşib. Yolun 32-34-cü km hissəsində hamarlayıcı qatın vurulması başa çatdırılıb". Bu barədə SİA-ya Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, həmin hissədə bu gün səhər saatlarından asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb: "Saray qəsəbəsinə aid olan 2 km-dən artıq məsafədə 2 qat asfalt-beton örtüyünün döşənməsi yaxın 15 gün ərzində yekunlaşacaq. Bundan sonra sözügedən yolun Pirşağı qəsəbəsindən keçən 17-19-cu km hissəsində asfalt işlərinə start veriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...