Növbəti yolötürücüsünün tikintisinə başlanılıb FOTO

Növbəti yolötürücüsünün tikintisinə başlanılıb FOTO

"Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 9-cu km-də yerləşən yolqovşağı kompleksinə daxil olan növbəti yolötürücüsünün tikintisinə başlanılıb". Bu barədə SİA-ya Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, dəmir yolu xətti üzərində nəzərdə tutulan yolötürücüsü Biləcəri qəsəbəsindən Bakı-Quba magistralına keçid məqsədilə inşa olunur: "Yolötürücüsünün uzunluğu 31m, eni isə 14,5m təşkil edəcək. Hazırda 1-ci dayağın tikintisi ilə əlaqədar svay-qazma işləri həyata keçirilir".

Bütün xəbərlər Facebook səhifəmizdə