Şirvanda Yaponiya hökümətinin qrantı hesabına alınmış texnikaların təqdimat mərasimi keçirilib

Şirvanda Yaponiya hökümətinin qrantı hesabına alınmış texnikaların təqdimat mərasimi keçirilib

2013-cü il Azərbaycan və Yaponiya hökuməti arasında meliorasiya və irriqasiya avadanlıqlarınıntəkmilləşdirilməsi layihəsinin ikinci mərhələsinə dair nota və qrant sazişi imzalanıb. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, həmin qranta əsasən yeni gətirilmiş texnikaların təqdimat mərasimi olub.

Layihəyə əsasən Yaponiya höküməti tərəfindən Azərbaycan Meliorasiya və Su Təsərüfatı ASC-yə 8.5 milyon ABŞ dolları miqdarında qarnt ayrılması barəsində qərar qəbul edilib. Ayrılmış qrant hesabına layihə zonası kimi qəbul edilmiş İmişli, Beyləqan, Füzuli və Ağcabədi rayonlarında suvarma kanalları və kollektor drenaj şəbəkələrinin lildən təmizlənməsi, onların su braxma qabiliyyətinin yaxşılaşdırılması, əkin sahələrinin itkisiz suvarma suyu ilə təminatı, torpaqların təkrar şoranlaşmasının qarşısının alınması və bununla əkin sahələrinin məhsuldarlığının artırılması məqsədi ilə müasir torpaqazan texnikalarının alınması, habelə yeni alınmış mövcud texnikalara texniki qulluğun aparılması ilə Şirvan servis mərkəzində quraşdırılması nəzərdə tutulan sex avadanlıqlarının alıması nəzərdə tutulub.

Yaponiya beynəlxalq Yardım Agentliyinin tələblərinə uyğun olaraq qrant hesabına avadanlıqların alınması məqsədi ilə 2013-cü ilin avqust ayında Tokyo şəhərində tender keçrilmiş və Azərbaycan Meliorasiya və Su Təsərüfatı ASC-ilə tenderin qalibi olan İTOCHU şirkəti arasında müqavilə imzalanıb. Qrant hesabına 30 ədəd Hitachi markalı ekoskavatr, 4 ədəd Caterpillar markalı buldozer, 1 ədəd 40 tonluq avtoqoşqu, 1 ədəd avtoemalatxana, 1 ədəd səyyarı yağdəyişmə aparatı və texnikalar təmir servis xidməti göstərmək məqsədi ilə 1 dəst sex avadanlıqları alınıb, müvəqqəti saxlnılması və operatorlara təlim keçrilməsi məqsədi ilə cəmiyyətin Şirvan şəhərində yerləşən bazasına yerləşdirilib.

Layihənin həyata keçrilməsi 3 il müddətinə nəzərdə tutulub. Qeyd edək ki, 2004-cü ildə həyata keçriımiş layihınin birinci mərhələsinin nəticələri yüksək qiymətləndirilmiş buna uyğun olaraq ikinci mərhələ üçün qrant ayrılıb. Bu gün Şirvan şəhərində Yaponiya hökümətinin qrantı hesabına alınmış texnikaların təqdimat mərasimi keçirilib. Tədbirdə Melorasiya və Su təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə, Yaponiyanın Azərbaycandakı səfiri Tsuqo Takanaçi, Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov iştirak edib.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə