Paytaxtın Nobel prospektinə paralel dənizkənarı avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Bu barədə SİA-ya Nəqliyyat Nazirliyi" Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib. O deyib ki, bağlantı yollarla birlikdə ümumi uzunluğu 2 km-dən artıq planlaşdırılan yol 8 hərəkət zolağından ibarət olacaq.
Onun sözlərinə görə, layihə üzrə 2 dairəvi qovşaq, 3 yeraltı piyada keçidi nəzərdə tutulub: "Hazırda yol boyu piyada keçidlərinin, torpaq yatağının və kommunikasiya xətlərinin ehtiyat keçidlərinin tikintisi işləri davam etdirilir. Artıq 600 m məsafədə 2 qat asfalt- beton örtüyünün döşənməsi və 1 piyada keçidinin tikintisi başa çatdırılıb. Eni 45 m olacaq yolun bir zolağı nəqliyyat vasitələrinin park edilməsi üçün planlaşdırılır. Ayırıcı zolaq və müasir işıqlandırma sistemi nəzərdə tutulan yol istismara verildikdən sonra Neftçilər və Nobel prospektlərinin yükü xeyli azalacaq. Bundan əlavə, yaxın gələcəkdə sözügedən yoldan "Ağ Şəhər"in ərazisinə nəqliyyat bağlantısı yaradılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB