Naxçıvan Muxtar Respublikası ərazisində taxıl biçini uğurla davam etdirilir. SİA-nın verdiyi məlumata görə, muxtar respublikada həyata keçirilmiş tədbirlər nəticəsində 2014-cü ilin məhsulu üçün 60 min 829 hektar sahədə əkin aparılıb. Bu da ötən ilin müvafiq göstəricisindən 702 hektar çoxdur. Ümumi əkin sahəsinin 35 min 749,7 hektarını və ya 58,8 faizini taxıl əkini təşkil edib. Bir il əvvələ nisbətdə taxıl əkini sahələrinin həcmi 425,7 hektar artıb. Taxıl zəmilərinin 26 min 274,1 hektarında buğda, 9 min 475,6 hektarında isə arpa əkilib.
Taxıl əkilmiş sahələrin 10 min 364,8 hektarı və ya 29 faizi Babək rayonunun, 9 min 184,1 hektarı və ya 25,7 faizi Şərur rayonunun, 5085,6 hektarı və ya 14,2 faizi Culfa rayonunun, 4277 hektarı və ya 12 faizi Kəngərli rayonunun, 2147,9 hektarı və ya 6 faizi Ordubad rayonunun, 2130,2 hektarı və ya 6 faizi Sədərək rayonunun, 1331 hektarı və ya 3,7 faizi Şahbuz rayonunun, 1229,1 hektarı və ya 3,4 faizi Naxçıvan şəhərinin payına düşüb.
Qeyd edək ki, hazırda muxtar respublikada taxıl yığımı davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB