Türkiyənin podratçı şirkəti AE Arma-Electropanc, möhtəşəm Bakı Ağ Şəhər layihəsində ilk və ən böyük otel tikmək üçün "PAŞA İnşaat" şirkəti ilə 42.5 milyon dollarlıq mexaniki, elektrik və santexnika müqaviləsini imzalayıb. SİA-nın "Marja"ya istinadən verdiyi xəbərə görə, bu barədə Bakı Ağ Şəhərin sayıtında məlumat verilir.
Mehmanxana 818 otaq və ümumi 90 000 kvadratmetr sahədən ibarət olacaq. Layihə yerli "PAŞA İnşaat" şirkəti tərəfindən inşa edilir. Layihənin gələn ilin iyun ayında Bakıda keçiriləcək ilk Avropa Oyunlarına üçün 2015-ci ilin birinci rübündə başa çatması gözlənilir.
Qeyd edək ki, Bakı Ağ Şəhər Atkins tərəfindən layihələndirilib. Ağ Şəhər 221 hektar ərazisi olan 10 qarışıq istifadə rayonlarından ibarətdir. Sahənin 75%-i yaşayış yerləri təşkil edəcək ki, bu da yeni 19,700 ev təsərrüfatlarından ibarət yeni icma, eləcə də 48,000 yeni iş yeri təşkil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB