2600-dən çox sahibkara 129 mln. manat güzəştli kredit verilib

2600-dən çox sahibkara 129 mln. manat güzəştli kredit verilib

"Qeyri-neft sektorunun prioritet sahələrinə maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 2600-dən çox sahibkara 129 mln. manat güzəştli kredit verilib və bu kreditlər hesabına 6 minədək yeni iş yerinin yaradılması nəzərdə tutulub". SİA-nın xəbərinə görə, bu sözləri iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə maliyyələşdirilmiş layihələrin sayı 27,4% artıb ki, onların da 98%-i kiçik kreditlərin payına düşür: "Verilən kreditlərin 79%-i regionların, 21%-i Bakı qəsəbələrinin payına düşməklə, 84%-i aqrar sahənin, 16%-i isə sənaye və digər sahələrin inkişafına yönəldilib. Maliyyələşdirilmiş 20 istehsal, emal və infrastruktur müəssisələri artıq istifadəyə verilib və ilin sonunadək 60 belə müəssisənin işə salınması planlaşdırılır.

Nazir əlavə edib ki, il ərzində sahibkarlara ümumilikdə 280 mln. manat güzəştli kreditlərin verilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə