“Pirallahı-dəniz” yatağında yeni quyu qazılır

“Pirallahı-dəniz” yatağında yeni quyu qazılır

Kompleks Qazma İşləri Tresti "Pirallahı-dəniz" yatağındakı 1140 nömrəli meydançadan 1138 nömrəli quyuda qazma işlərinə başlayıb.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən SİA-ya verilən məlumata görə, ''Abşeronneft'' NQÇİ-nin sifarişi ilə Qirməki Altı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 900 metrdir.

Geoloqların hesablamalarına görə, quyudan sutkada 4 ton neft hasil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə