Bu gün zərbaycan hökumətinin qlobal təşəbbüsü olan "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM) layihəsi üzrə üzrə 5-ci beynəlxalq seminar keçirilib. SİA-nın xəbərinə görə, seminarda layihənin üzv-operatorları- Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, "ChinaTelecom", "Kaztranscom", "Rostelecom" və "TurkTelekom" şirkətlərinin məsul işçiləri iştirak ediblər.
Tədbirin açılışında rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə çıxış edərək bildirib ki, layihə regional telekommunikasiya infrastrukturunun inkişafı üçün əhəmiyyətli olmaqla yanaşı, tərəqqi, sabitlik və sülhə töhfə üçün bir fürsətdir.
"TASİM layihəsi regionda informasiya cəmiyyətinin inkişafına dəstək olmaqla, e-xidmətin təmin olunmasına, sənaye inkişafına, iqtisadiyyatın diversifikasiyasına və rəqabətsizliyinə yardım edəcək. TASİM kimi regional genişzolaqlı magistralın, "bulud" texnologiyalarının, media xidmətlərinin və internetin inkişafı üçün çox vacibdir. Mən şadam ki, son altı ayda UNESCAP, CAREC və BSEC kimi nüfuzlu təşkilatlar TASİM layihəsinin regionda rəqəmsal boşluğunun doldurulmasında unikal rolunu vurğulayaraq, qeyd-şərtsiz dəstəyi elan etmişlər" - deyə, nazir müavini bildirib.
İclasda TASİM layihəsinin biznes modeli və strategiyası, Asiya-Avropa tranziti üzrə yaranan gəlirlər imkanı, Dünya Bankı tərəfindən təklif olunan üçüncü TASİM marşrutu, Trans-Xəzər sualtı kəmərin çəkilişi və sair məsələlər müzakirə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB