Vergilər Nazirliyinə daxil olmuş şikayətlərin sayı 1,2 faiz azalmışdır
2014-cü ilin birinci yarısında dövlət vergi orqanlarına 47625 müraciət daxil olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,9 faiz çoxdur. Vergilər Nazirliyindən bildirmişlər ki, daxil olmuş müraciətlərin 73,7 faizi müsbət həll olunmuş, 15,5 faizi barədə müvafiq izahatlar verilmiş, 4,4 faizi əsassız sayılmış, 1,4 faizi qismən həllini tapmış, 0,8 faizi aidiyyəti üzrə göndərilmiş, 4,2 faizi isə icradadır.
Hesabat dövründə vergi orqanlarına daxil olmuş şikayətlərin faktiki sayı ötən ilin müvafiq dövrünə nisbətən 1,2 faiz azalmışdır. Onların 33,7 faizi əsassız sayılmış, 39,5 faizi üzrə müvafiq izahatlar verilmiş, 11,8 faizi müsbət həll olunmuş, 5 faizi aidiyyəti üzrə göndərilmişdir.
Məlumatda bildirilir ki, ilin birinci yarısında Vergilər Nazirliyində 442 vətəndaş qəbul edilmişdir. Həmin vətəndaşların müraciətlərinin 72,5 faizi maddi yardım, şəxsi və digər məsələlər, 21 faizi vergi orqanlarında işə qəbul, 4,5 faizi iş yerinin dəyişdirilməsi, 2 faizi vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliklərindən) şikayətlə əlaqədar olmuşdur.
Vergilər naziri Fazil Məmmədov həmin müddətdə Mingəçevir, Sabirabad, Göyçay və Xaçmaz rayonlarında 200 nəfərdən çox vətəndaşı qəbul etmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB