Dünya Bankının (DB) Direktorlar Şurası Azərbaycanda iki layihənin əlavə maliyyələşdirilməsinə vəsaitin ayrılmasını təsdiqləyib. SİA bu arədə DB-nin yaydığı xəbərə istinadən məlumat verir.
Beynəlxalq Yenidənquram və İnkişaf Bankının (BYİB) xətti ilə ayrılan 100 və 50 milyon dollar məbləğində olan kreditlər müvafiq olaraq "Məhkəmə xidmətləri və "ağıllı" infrastruktur" (JSSIP) və "Azərbaycanda kənd investisiyaları " (AzRIP) layihələrinin maliyyələşdirilməsinə yönəldiləcək.
DB-nin Cənubi Qafqaz üzrə direktoru Henri Keralinin sözlərinə görə, məhkəmə sistemlərinin modernləşdirilməsi gələcəkdə ölkənin iqtisadi inkişafında mühüm rol oynaya bilər: "Layihə məhkəmə infrastrukturunun dəstəklənməsi yolu ilə bu yenilənmə prosesinə, elektron xidmətlərin inkişafına, mübahisələrin həllinin və biznes yoxlamalarının daha effektiv sisteminin qurulmasına, məhkəmə sisteminin şəffaflığının yüksəlməsinə, vətəndaşlara, xüsusilə əhalinin spesifik təbəqələrinə, məsələn, məcburi köçkünlərə və Azərbaycanın ucqar regionlarının sakinlərinə hüquqi köməyin göstərilməsi üzrə xidmətlərin keyfiyyətinin artırılmasına kömək edəcək. Biz ümid edirik ki, layihə ictimaiyyətin məhkəmələrə etimadının artmasına imkan yaradacaq".
Azərbaycan hökumətinin JSSIP layihəsində payı 100 milyon dollar olacaq. Layihənin 31 dekabr 2018-ci ilədək reallaşdırılması nəzərdə tutulub.
DB-nin regional direktoru qeyd edib ki, AzRIP sayəsində kənd yerlərinin sakinləri öz icmalarının inkişafı üçün prioritet vəzifələrin müəyyən edilməsi və həllində razılaşdırılmış qərarlar qəbul edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB