Ərdoğandan təbrik gəldi

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan dünya informasiya bazarında fəaliyyətinin 15 illik yubileyi münasibətilə Caspian Energy İnternational Media Group-un oxucularını və redaksiya heyətini təbrik edib.

Media Qrup-dan SİA-ya verilən xəbərə görə, təbrikdə "Jurnalın 15 illik yubileyi münasibətilə oxucularınızı ürəkdən təbrik edirəm", - deyə qeyd olunub.

"Ümid edirəm ki, Caspian Energy uğurlu jurnal olaraq bundan sonra da yubileylərini qeyd edəcək. Sizə məlum olduğu kimi, 2014-cü ildə Əsrin müqaviləsinin 20 illik yubileyi qeyd olunur. Fürsətdən istifadə edib Azərbaycanda keçiriləcək bütün təntənəli mərasimlərlə bağlı ən xoş diləklərimi çatdırıram", - deyə Türkiyə hökumətinin başçısı əlavə edib.

"Caspian Energy jurnalı vasitəsilə mən Azərbaycan xalqına və bütün Azərbaycan qardaşlarıma təbriklərimi çatdırmaq istərdim", - deyə R. T. Ərdoğan qeyd edib.

Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan həmçinin Caspian Energy jurnalına eksklüziv müsahibə verdi. Bu müsahibə Əsrin müqaviləsinin yubileyinə həsr edilən xüsusi nömrədə dərc olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə