Azərbaycan dili "Google" korporasiyasının elektron poçtu olan "Gmail" xidmətinə inteqrasiya edilib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən SİA-ya verilən xəbərə görə, "Gmail" ailəsinə qoşulmuş yeni 13 dil arasında Azərbaycan dili də var.
Bundan başqa, siyahı afrikaans, erməni, çin (Honkonq), fransız (Kanada), qalisiya, gürcü, kxmer, laos, monqol, nepal, sinqal və zulu dilləri ilə genişləndirilib.
Bütün 13 dil artıq "Gmail" poçt servisinin veb-versiyalarında və smartfon üçün əlavələrində təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB