İyunda Ceyhandan dünya bazarlarına 2,5 milyon ton neft çıxarılıb

İyunda Ceyhandan dünya bazarlarına 2,5 milyon ton neft çıxarılıb

2014-cü ilin iyun ayı ərzində 2 milyon 579 min 385 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. ARDNŞ-dan SİA-ya verilən xəbərə görə, (Bu həcmin 1 milyon 795 min 15 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil etmişdir). cari ilin yanvar-iyun aylarında Ceyhan limanından ixrac olunan neftin həcmi 14 milyon 282 min 527 ton təşkil edib.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2014-cü il iyul ayının 1-ə qədər Ceyhan limanından 247 milyon 426 min 441 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə