Ceyhan limanından 2,5 milyon ton Azərbaycan nefti nəql olunub

Ceyhan limanından 2,5 milyon ton Azərbaycan nefti nəql olunub

Cari ilin iyununda Ceyhan limanı vasitəsilə 2 milyon 579 min 385 ton Azərbaycan nefti dünya bazarlarına çıxarılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən bildirmişlər ki, bu həcmin 1 milyon 795 min 15 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil etmişdir.

Cari ilin yanvar-iyun aylarında isə limandan ixrac edilən neftin həcmi 14 milyon 282 min 527 ton olmuşdur. Ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan boru kəməri istismara verilən gündən 2014-cü il iyunun 1-dək Ceyhan limanından 247 milyon 426 min 441 ton Azərbaycan nefti nəql olunmuşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə