6 ayda 11,2 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib

6 ayda 11,2 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib

"Azərenerji" ASC yanvar-iyun aylarında 11,2 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal edib. SİA-nın xəbərinə görə, Cəmiyyətdən verilən məlumatda bildirilir ki, ötən ilin eyni dövründə bu göstərici 10,9 milyard kilovat-saata yaxın olub.

Məlumata əsasən, iyunda ASC-nin elektrik stansiyaları tərəfindən 1,6 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal olunub. Ötən ilin analoji dövründə bu göstəricisi 1,5 milyard kilovat-saatdan çox olub.

Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlərlə elektrik enerjisi mübadiləsi davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə