RYTN Moskva Energetika İnstitutu ilə əməkdaşlıq edəcək

RYTN Moskva Energetika İnstitutu ilə əməkdaşlıq edəcək

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Moskva Energetika İnstitutu ilə əməkdaşlıq haqda saziş imzalanıb. Nazirlikdən SİA-ya verilən xəbərə görə, sənəd Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnsan Resurslarının İnkişafı Fondunun icraçı direktoru İsbəndiyar Əliyev və Rusiyanın Milli Tədqiqat Universiteti (Moskva Energetika İnstitutu)nin rektoru Nikolay Roqalyov tərəfindən imzalanıb.

Razılaşma nazirliyin İnsan Resurslarının İnkişafı Fondu ilə Moskva Energetika İnstitutu arasında intellektual və maddi texniki potensialın inkişafı sahəsində qarşılıqlı əməkdaşlığın qurulmasını nəzərdə tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə