May ayında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə 1458 müqavilə bağlanıb. SİA-nın verdiyi məlumata görə, bu müqavilələr üzrə daxil olan sığorta haqları 835 min 524 manat təşkil edib. Həmçinin əvvəlki dövrlərdə bağlanmış 687 müqaviləyə dəyişiklik edilib ki, bu müqavilələr üzrə 676 min 426 manat sığorta haqları daxil olub.
Qeyd edək ki, ümumilikdə ay ərzində istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə daxil olan sığorta haqları 1,5 milyon manata çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB