Zərdab Elektrik Şəbəkəsi Müəssisəsi üzrə ödəniş 14 faizdən çox artıb

Zərdab Elektrik Şəbəkəsi Müəssisəsi üzrə ödəniş 14 faizdən çox artıb

Bu ilin beş ayında Zərdab Elektrik Şəbəkəsi Müəssisəsi üzrə 21,3 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehlak edilib. "Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 2 milyon kilovat-saata yaxın, ödəniş isə 14 faizdən çox artıb. O cümlədən daimi əhali istehlakçı qrupu üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 588 min kilovat-saat artaraq 9,1 milyon kilovat-saata yaxın olub. Ödənişdə isə artım təxminən 7 faiz təşkil edib.

Bu ilin son üç ayında müəssisədə transformator məntəqələrində, hava elektrik verilişi xətlərində yenidənqurma və təmir işləri aparılıb, naqillər yeniləri ilə əvəzlənib. Müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 45 qayda pozuntusu aşkarlanıb, 305 min kilovat-saatdan çox itirilmiş elektrik enerjisinin 18,3 min manatadək istehlak dəyəri bərpa olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə