Borclu vergi ödəyicilərinin əmlakı siyahıya alınıb

Borclu vergi ödəyicilərinin əmlakı siyahıya alınıb

Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsi tərəfindən bir sıra borclu vergi ödəyicilərinin əmlakı siyahıya alınıb. SİA-nın məlumatına görə, Masallı rayonunun Qəriblər kəndində yerləşən "Dəmirağac" MMC-nin fəaliyyəti araşdırılarkən onun 3762 manat məbləğində vergi borcunun yarandığı müəyyən edilib. Bu barədə vergi ödəyicisinə bildiriş göndərilsə də, borc qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilməyib. Yaranmış vergi borcunun ödənilməsini təmin etmək üşün əmlakın siyahıya alınması haqqında qərar çıxarılmış və vergi ödəyicisinə məxsus 3410 manat dəyərində məişət avadanlığının qeydiyyatı aparılıb.

Vergi borcuna görə əmlakın siyahıya alınınması tədbirləri 8 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları tərəfindən də keçirilmişdir. İmişli şəhərində fiziki şəxs Azər Abbasova məxsus "Samara" topdan və pərakəndə satış ticarət obyektində vergi ödəyicisinin 1010 manat vergi borcu müqabilində 1018 manatlıq ərzaq məhsulu, fiziki şəxs Vilayət Nəsirova məxsus tikinti materialları satılan obyektdə isə vergi ödəyicisinin 1295 manatlıq vergi borcu müqabilində 1435 manat dəyərində tikinti materialları müəyyən edilmiş qaydada siyahıya alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə