"Azerspace-1" üzərindən yayımlanan televiziya kanallarının sayı 100-ə çatdı

"Azerspace-1" üzərindən yayımlanan televiziya kanallarının sayı 100-ə çatdı

Azərbaycanın ilk telekommunikasiya peyki- "Azerspace-1" üzərindən yayımlanan telekanalların sayı artıb. SİA-nın xəbərinə görə, iyulun 1-nə olan məlumata görə, artıq peyk üzərindən 100-ə yaxın televiziya və 20-dək radio kanalı yayımlanmaqdadır.

Rusiyanın bir sıra televiziya kanalı Azərbaycanın ilk milli peyki "Azerspace 1/Africasat 1A" üzərindən yayıma başlayıb. Milli peyk üzərindən açıq yayıma başlayan kanallar "A-One", "Европа Плюс ТВ", "Карусель +0", "Life News", "МИР-24", "Москва. Доверие", "Мульт +0", "Пятница +0", "РЕН +0", "РУ-ТВ", "СТС +0", "ТВ3 (Россия) +0", "Звезда +0" artıq 11015 H 30000 5/6 transponderində özünə yer edib.

Qeyd edək ki, "Azerspace 1/Africasat 1A" üzərindən yerli kanallarla yanaşı, Gürcüstan, Ukrayna televiziya kanallarının yayımı həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə