İsmayıllı rayonunda kartof yığımına başlanılıb. SİA-nın məlumatına görə, dövlətimizin uğurlu aqrar siyasəti bu gün respublikanın digər bölgələrində olduğu kimi, İsmayıllıda da vaxtilə təsərrüfatın qeyri-ənənəvi sahəsi hesab edilən, hazırda isə istehlak bazarında ciddi tələbat duyulan kartofçuluğun inkişafına geniş imkanlar açıb. Rayonda əkin sahələri ildən-ilə artırılaraq artıq 700 hektarı ötmüş, məhsul istehsalında intensiv yüksəlişə nail olunub.
Cari mövsümdə də sahələrdən bol məhsul gözlənilir. Bu il 701 hektarda kartof yetişdirilib. İlkin olaraq məhsul yığımı cənub ərazilərdə aparılır. Hazırda Kürdmaşı, Gəraybəyli, Mollaisaqlı, Aşıqbayramlı, Hacıhətəmli və bir sıra digər ərazi vahidlərində torpaq mülkiyyətçiləri məhsulun tez və itkisiz yığılması üçün ciddi səy göstərirlər.
Artıq qısa vaxtda 1560 tondan çox kartof yığılıb. Mütəxəssislər bu ilki mövsümdə İsmayıllıda təxminən 6600 ton kartof istehsal olunacağını proqnozlaşdırırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB