Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin Bərə terminalı ilin sonunadək istifadəyə veriləcəkdir. Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov 25 İyun – "Dənizçi günü" peşə bayramı münasibətilə keçirilən təntənəli tədbirdə jurnalistlərə müsahibəsində bu haqda danışarkən demişdir: "Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin Bərə terminalı tranzit yüklərin boşaldılıb daşınmasında vacib rol oynayacaqdır".
Ölkəmizdə dəniz nəqliyyatı sahəsində həyata keçirilən layihələrdən danışan Q.Qurbanov daha sonra qeyd etmişdir ki, ötən il istifadəyə verilən gəmiqayırma zavoduna ilk sifarişlər daxil olmaqdadır. Müəssisə ölkənin müvafiq strukturlarının gəmilərə olan tələbatının ödənilməsinə mühüm töhfələr verəcəkdir. Bu da öz növbəsində yükdaşıma sahəsinə və ümumilikdə tranzit potensialının inkişafına şərait yaradacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB