Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda növbəti əmək yarmarkası keçirilmişdir. Tədbiri açan rayon məşğulluq mərkəzinin direktoru Məmməd Məmmədov ölkəmizin məşğulluq sisteminin bugünkü inkişaf səviyyəsi barədə danışmışdır. Qeyd edilmişdir ki, yeni iş yerlərinin yaradılması, əmək bazarının tənzimlənməsi və qeyri-məşğul əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlətimizin sosial-iqtisadi siyasətinin əsas tərkib hissəsidir. Bu siyasətin yerlərdə icrası bilavasitə məşğulluq xidməti orqanlarının üzərinə düşür.
Məlumat verilmişdir ki, əmək yarmarkasına 22 özəl və dövlət müəssisəsindən 264 boş iş yeri çıxarılmışdır.
İşaxtaran vətəndaş Samirə Tahirli tədbirin təşkilatçılarına minnətdarlığını bildirmişdir.
Əmək yarmarkasında çıxış edən Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Rövşən İsgəndərov vurğulamışdır ki, əmək bazarının təkmilləşdirilməsi, iqtisadi fəallığın yüksəldilməsi üçün əlverişli şəraitin yaradılması sahəsində muxtar respublikada müvafiq tədbirlər həyata keçirilir. Xüsusilə "Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)"nın birinci mərhələsinin uğurlu icrası yoxsulluğun nəzərəçarpacaq dərəcədə azalmasına gətirib çıxarmışdır.
Vurğulanmışdır ki, həyata keçirilən məşğulluq tədbirləri əhalinin sosial müdafiəsinin gücləndirilməsində, insanların daimi işlə təmin olunmasında mühüm rol oynayır və muxtar respublika sakinləri tərəfindən onlara göstərilən böyük qayğı kimi dəyərləndirilir.
Əmək yarmarkasında 37 nəfərə işə göndəriş verilmiş, 15 nəfər isə ictimai işlərə cəlb olunmuşdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB