“Azərbaycan Şəffaflıq tərəfdaşlığı”

“Azərbaycan Şəffaflıq tərəfdaşlığı”

Bu gün "Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi, Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə hükumət qurumları ilə qeyri-hökumət təşkilatları arasında qaz təchizatı sahəsində əldə edilmiş uğurları və problemləri müzakirə etmək məqsədilə dəyirmi masa təşkil edilib. SİA-nın məlumatına görə, tədbir hökumət qurumları ilə qeyri-hökumət təşkilatları arasında şəffaflığın və hesabatlılığın artırılması məqsədilə keçirilən silsilə dəyirmi masaların davamı kimi keçirilib.

Tədbirin keçirilməsində məqsəd qaz təchizatı prosesinin şəffaflaşdırılıması istiqamətində qarşıya çıxan çatışmazlıqları müəyyənləşdirmək və müzakirə etmək, korrupsiyaya şərait yarada biləcək halları minimuma endirmək və eyni zamanda bu sahədə təhlükəsizlik normaları, şəffaflığın və hesabatlılığın artırılması istiqamətində səmərəli üsullar ortaya qoymaqdır.

Dəyirmi masada "Azəriqaz" ASC və "Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin layihə direktoru Elvin Yusifli çıxış edərək son illərdə müvafiq dövlət qurumları tərəfindən qaz təchizatı sahəsində xidmət səviyyəsinin artırılması və korrupsiyaya qarşı mübarizə istiqamətində bir sıra təşəbbüslər irəli sürüldüyünü bildirib. Diqqətə çatdırıb ki, buraya müraciət mexanizmlərinin efektləşdirilməsi və şəffaflaşdırılıması, istehlakçılara yeni müqavilələrin təsdiq edilməsi, qaz sayğaclarının quraşdırılmasını tənzimləyən yeni qaydalar və smart sayğacların istifadə edilməsi məsələləri daxildir.

Daha sonra Konstitusiya Araşdırmalar Fondunun Eksperti Ələkbər Ağasıyev çıxış edərək "Qaz təchizatında təchizatçı qurumlar tərəfindən yol verilən xarakterik istehlakçı hüquq pozmaları" haqda geniş məlumat verib.

Həmçinin iştirakçılar hökumətlə vətəndaş cəmiyyətinin üzvləri arasında fikir mübadiləsinin vacib olduğunu bildiriblər.

Qeyd edək ki, qərara gəlinib ki, qaz təchizatı sahəsində şəffaflığı və hesabatlılığı təmin etmək məqsədilə vətəndaş cəmiyyəti üzvləri tərəfindən verilən tövsiyyələr toplanaraq yazılı formada müvafiq dövlət qurumuna təqdim edilsin.

Bütün xəbərlər Facebook səhifəmizdə