May ayında bu şəbəkədən 24,4 milyon kilovatsaat elektrik enerjisi istehlak edilib

May ayında bu şəbəkədən 24,4 milyon kilovatsaat elektrik enerjisi istehlak edilib

Ağcabədi rayonun elektrik enerji təchizatı 70-ə yaxın 10 kV-lik elektrik verilişi xətləri (EVX), 1800-dən çox transformator və komplekt transformator məntəqələri (TM və KTM) vasitəsilə həyata keçirilir.

"Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, "Ağcabədi Elektrik Şəbəkəsi"nin kollektivi istehlakçılara göstərilən xidmətin keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə həyata keçirdikləri yenidənqurma və təmir-tikinti işlərini cari ilin son üç ayında da uğurla həyata keçirib.

Hazırda payız-qış mövsümünə hazırlıq çərçivəsində həm yarımstansiyalarda, həm transformator və komplekt transformator məntəqələrində, həm də xətlərdə cari və əsaslı təmir işləri davam etdirilir. İtkilərin azaldılması da qarşıda duran ən mühüm vəzifələrdən biridir. Müntəzəm olaraq bu istiqamətdə müvafiq tədbirlər davam etdirilir. Sözügedən müəssisənin də xidməti ərazisində keçirilən reydlər zamanı elektrik enerjisindən qeyri-qanuni istifadə edən istehlakçılar vaxtında aşkar edilir və onlara qarşı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür.

Müəssisə üzrə cari ilin may ayında ümumilikdə 24,4 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edib ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 773 min kilovatsaat çoxdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə 2,8 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 183 min kilovatsaat azalıb. Yeri gəlmişkən, cari ilin 5 ayı ərzində isə ümumi istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,1 milyon kilovatsaatdan çox artaraq 123 milyon kilovatsaatdan artıq olub. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 18,3 milyon kilovatsaata yaxın təşkil edib. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 1,2 milyon kilovatsaata yaxın artıb.

Mövcud iqlim şəraiti ilə bağlı yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. TM və KTM-lərin ərazisi quru otlardan təmizlənmiş və yağ tutumlu avadanlıqların alt hissəsindəki yağ çınqıllar yeni təmiz çınqıllarla əvəz edilib, ərazi quru otlardan və yanğın törədə biləcək tullantılardan təmizlənib.

Sonda onu da bildirək ki, növbəti mövsümün uğurla başa çatdırılması istiqamətində enerji təchizatçıları öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə