Nəqliyyat naziri Tovuzda vətəndaşları qəbul edib

Nəqliyyat naziri Tovuzda vətəndaşları qəbul edib

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirirlər. SİA-nın məlumatına görə, vətəndaşların rahatlığı, müraciətlərinin operativ həlli məqsədi daşıyan növbəti belə bir qəbul Tovuz şəhərində nəqliyyat naziri Ziya Məmmədov tərəfindən keçirilib.

Nazirliyin müvafiq struktur rəhbərlərinin də qatıldıqları qəbulda Tovuz ilə yanaşı, Ağstafa və Qazax rayonlarından olan vətəndaşlar da iştirak ediblər.

Müraciətlər əsasən regionlarda nəqliyyatla bağlı problemlərin araşdırılması və həll edilməsi, respublika və yerli əhəmiyyətli avtomobil yollarının, körpülərin təmiri və tikintisi, işə qəbul və digər məsələlərlə əlaqədar olub.

Nazir tərəfindən fərdi qaydada qəbul edilən bir çox vətəndaşın müraciəti yerindəcə həllini tapmış, qaldırılan bəzi məsələlər araşdırılaraq həll olunması üçün nəzarətə götürülüb. Nazirliyin səlahiyyətinə aid olmayan müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Qeyd edək ki, qəbula gələn vətəndaşlar yaradılmış şəraitdən, onlara göstərilən diqqət və qayğıdan razılıq etmiş, yerlərdə bu cür qəbulların təşkilinin təşəbbüsçüsü Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə