Samir Şərifov: "Satışın azalması sığorta şirkətlərinin gəlirlərinə mənfi təsir göstərib"
Avtomobil satışlarının azalması ilə bağlı jurnalistlərə açıqlama verən maliyyə naziri Samir Şərifov bunun sığorta şirkətlərinin gəlirlərinə mənfi təsir göstərdiyini bildirib: "Bununla əlaqədar olaraq hazırda müvafiq qiymətləndirmələr davam edir. Avtomobil satışlarının azalması şübhəsiz ki, sığorta şirkətlərinin gəlirlərinə öz mənfi təsirini göstərib. Bu da bütövlükdə sığorta bazarına təsirsiz ötüşməyə bilməz. Amma indidən təsirin miqyasını hər hansı bir rəqəmlərlə göstərmək tezdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB