Bu gün Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu barədə SİA-ya Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.
Onun sözlərinə görə, bu axşam saat 11:00-da Həsən Əliyev küçəsinin Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməsindən Azər Əliyev küçəsi ilə kəsişməsinədək olan hissəsi bağlanacaq: "Həsən Əliyev küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsindən Cəlil Məmmədquluzadə küçəsinədək bağlanan yolda işlər yekunlaşıb. Hazırda xətlənmə işləri gedir. Bu iş bitən kimi bu gün ərzində həmin ərazidə nəqliyyatın gedişinin bərpa olunması gözlənilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB