Gömrük orqanlarının xətti ilə büdcəyə daxilolmalar 13 faiz artıb

Gömrük orqanlarının xətti ilə büdcəyə daxilolmalar 13 faiz artıb

Bu ilin yanvar-may ayları ərzində Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 597,491 mln. manat təşkil edib. SİA-nın DGK-ya istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,3% çoxdur.

Hesabat dövründə gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 120,953 mln. manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 446,968 mln. manat, aksizlər üzrə 23,104 mln. manat, yol vergisi üzrə isə 6,465 mln. manat təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə