Azərbaycan iqtisadiyyatına yönələn investisiyanın həcmi 2.5 faiz artıb

Azərbaycan iqtisadiyyatına yönələn investisiyanın həcmi 2.5 faiz artıb

Bu ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına 3,6 mlrd. ABŞ dolları həcmində və ya əvvəlki ilin eyni dövründəkindən 25,1% çox xarici investisiyalar yönəldilib.

Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, investisiyaların 14,5%-i iqtisadiyyata maliyyə kreditləri, 53,0%-i birbaşa, 32,5%-i isə portfel və digər investisiyalar şəklində daxil olub.

Birbaşa investisiyaların həcmi 1,9 mlrd. dollar təşkil edərək 2013-cü ilin eyni dövrü ilə müqayisədə 34,6% artıb, onun 1,6 mlrd. dolları və ya 86,3%-i iqtisadiyyatın neft-qaz sektoruna yönəldilib.

Bu dövrdə ölkə rezidentlərinə 521,3 mln. dollar ekvivalentində və ya əvvəlki ildəkindən 3,1% çox xarici kreditlər təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə