May ayında Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 725 min 177 ton Azərbaycan nefti nəql olunmuşdur.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən bildirmişlər ki, cari ilin yanvar-may aylarında bu kəmərlə 12 milyon 199 min 306 ton neft ötürülmüşdür. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən cari ilin iyunun 1-dək BTC-yə 247 milyon 340 min 899 ton neft vurulmuşdur.
Cari ilin mayında BTC kəməri ilə 456 min 359 ton Türkmənistan və 140 min 868 ton Qazaxıstan nefti nəql olunmuşdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB