Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Elektron hökumət" proqramı çərçivəsində dövlət elektron xidmətlərini "bulud" texnologiyaları üzərindən göstərməyə başlayır. SİA-nın xəbərinə görə, bununla da, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi əhalinin elektron xidmətlərə olan çıxışını mümkün qədər asanlaşdırmaq niyyətindədir.
Hazırda ölkənin bütün regionlarından olan insanların elektron xidmətlərdən istifadəsini asanlaşdırmaq, dövlət qurumlarına müraciət üçün məsrəfləri azaltmaq məqsədi ilə əhaliyə mobil və stasionar qurğulardan elektron xidmətlərə çıxış imkanı yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB