Azərbaycan Dövlət Statistika Komitəsi ölkənin bu ilin yanvar-may ayları üzrə iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini açıqlayıb. Komitədən SİA-ya verilən məlumata görə, ölkədə fəaliyyət göstərən müəssisə və təşkilatlar, habelə fiziki şəxslər tərəfindən 2014-cü ilin ötən beş ayı ərzində 23.4 milyard manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 2.8 faiz çox Ümumi Daxili Məhsul istehsal edilib.
Öz növbəsində rabitə müəssisələri əhaliyə, idarə və təşkilatlara 594.5 milyon manatlıq, yaxud 2013-cü ilin müvafiq dövründəkindən 12.0 faiz çox rabitə xidməti göstəriblər. Xidmətlərin 72.5 faizi bilavasitə əhaliyə göstərilib və 12.6 faiz artıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB