Deqadi-Pəlikəş avtomobil yolunun asfaltlaşdırılmasına başlanılıb
Prezident İlham Əliyevin 12 sentyabr 2013-cü il tarixli Sərəncamı ilə ayrılan vəsait hesabına bu ilin mart ayında Astara rayonunun yüksək dağlıq ərazisində Deqadi-Pəlikəş avtomobil yolunun tikintisinə başlanılıb. SİA-nın məlumatına görə, 21 kilometr məsafəni əhatə edən yolda ötən müddət ərzində xeyli iş görülüb.
Avtomobil yolunun Ağ körpü kəndinə qədər olan ərazidə bütün işlər yüksək standartlara uyğun aparılıb, əksər yerlərdə qayalıqlar dağıdılaraq yollar genişləndirilib. Artıq Deqadi-Pəlikəş avtomobil yolunun Ağ körpü ərazisindən başlayaraq asfaltlaşdırma işlərinə başlanılıb.
Rayonun Pəlikəş və Kijəbə inzibati ərazi nümayəndəliklərinə daxil olan kəndlərin sakinləri Ağ körpü kəndinə gələrək illərdən bəri gözlədiklri arzularının reallaşmasından hədsiz razılıqlarını ifadə ediblər. Sakinlər onlara bu sevinci bəxş edən Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB