İsmayıllıda elektrik enerjisindən qeyri-qanuni istifadə hallarının qarşısı alınır

İsmayıllıda elektrik enerjisindən qeyri-qanuni istifadə hallarının qarşısı alınır

Son vaxtlar "İsmayıllı" Elektrik Şəbəkəsi Müəssisəsində aparılan təmir-bərpa işləri nəticəsində istismar səviyyəsi yüksəlmiş, enerji haqlarının ödənişində müsbət dəyişiklik yaranıb. "Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, müəssisənin xidmət etdiyi ərazidə elektrik enerjisindən qeyri-qanuni istifadə hallarının qarşısının alınması məqsədilə mütəmadi reydlər keçirilir. Cari ilin dörd ayında 150-dək istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar olunub və 309,4 min kilovat-saat itirilmiş elektrik enerjisinin 19,2 min manata yaxın istehlak dəyəri bərpa edilib.

Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisi istehlakı 948 min kilovat-saat artmış, ödənişdəki artım isə 11 faizə yaxın olub.

Bütün xəbərlər Facebook səhifəmizdə